İranda son illərdə təxminən 4500 mədən çeşidli səbəblərdən bağlanıb. Bunlardan 250-nin fəaliyyəti yenidən təmin olunub. Bu barədə İran Mədən Evinin başqanı Məhəmməd Riza Bəhramən açıqlama verib. O, mədənlərin bağlanmasına yetərli sərmayənin yatırılmaması və gərəkli kəşflərin aparılmaması kimi səbəbləri qeyd edib. Qurum məsulu 2600 qeyri-fəal mədənin altyapı araşdırmalarının yubadıldığını diqqətə çatdırıb. Məhəmməd Riza Bəhramən qapalı mədənlərin əsasən məhrum bölgələrdə yerləşdiyini bildirib.