Site icon Aznews TV

İranda 15 təşkilat iqtisadi böhranla bağlı bəyanat verib

İranda iqtisadi böhran və daxili nizamsızlıqla ilgili olaraq 15 işçi və mədəniyyət təşkilatı birgə bəyanat veriblər. Sənəddə hakimiyyətin ictimai-siyasi, eləcə də iqtisadi siyasətinə etiraz olunub və bunun işçilərin “artan yoxsulluq səbəbi” olduğu vurğulanıb. Bəyanatda bildirilib ki, koronavirusla mübarizədə tətbiq olunan məhdudiyyətlər düzgün şəkildə nizamlanmayıb və ulusun həyat xərclərinin təmin olunması üçün lazımi addımlar atılmayıb. Qeyd olunub ki, koronavirus böhranı ilə ilgili olaraq xanımların yüzdə 70-i işindən ixrac edilib. Açıqlamaya əsasən, İranda bu il təvərrüm nirxınin yüzdə 39-a çatması gözlənilir.

 

Exit mobile version