İran

İranda 11 bəhai fəala ağır həbs cəzası verilib

İranın Gilan əyalətinin Apellyasiya Məhkəməsi 10 qadın və 1 kişi bəhai barədə ilkin məhkəmənin çıxardığı həbs qərarını təsdiq edib.

Fəallardan biri 9 il 6 ay, səkkizi 6 il 1 ay, ikisi isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “milli təhlükəsizliyi pozmaq məqsədilə təşkilata üzv olmaq” və “hakimiyyətə qarşı təbliğat”da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button