
Amerika Milli Təhlükəsizlik Şurası İranın bəzi həssas mövzularda mühüm güzəştlərə getdiyini açıqlayıb və əlavə edib ki, nüvə müzakirələri zamanı ABŞ prezidenti Co Bayden SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmamalı olduğunu qəti şəkildə vurğulayıb.
Sözügedən şura qeyd edib ki, nüvə anlaşması bərpa olunarsa, İranın 3,67%-dən çox nüvə zənginləşdirməsi qadağan olunacaq və Tehranın uran ehtiyatları 2031-ci ilə qədər 300 kq-dan çox olmamalıdır.
Şuranın bəyanatında bildirilir ki, İran 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli və qabaqcıl sentrifuqalarının fəaliyyətini dayandırmalıdır.
https://bit.ly/3PMstX9