
İranın paytaxtı Tehranın Pişva mahalında əyləncə məclisinə qatılan 60 nəfər saxlanılıb.
Xəbər verilir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Səməd Sultani deyib. O, sözügedən məclisdə narkotik maddədən istifadə edildiyini, məclisi təşkil edən ev sahibinin əvvəldən narkotik alverinə görə məhkumluğu olduğunu bildirib.