İran

İranda əsas ərzaq mallarının qiyməti yüzdə 17-75 artıb

İran Sənaye, Mədən və Ticarət vəzirliyi ölkədə sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə əsas ərzaq məhsullarının qiymətində yüzdə 17-dən 75-ə qədər böyük bir artımın olduğunu bildirib.

Vəzirlikdən verilən bilgiyə görə, bu müddətdə şəkərdə yüzdə 75.8, mal ətində yüzdə 60.4, düyüdə isə yüzdə 61.8 artım var.

Bundan başqa, ölkədə toyuq əti yüzdə 42.3, qoyun əti isə yüzdə 33.5 artıb.

Ən aşağı qiymət artımı isə Pakistan düyüsündə görünüb. Belə ki, bu düyü növü yüzdə 17 artaraq 23 min tüməndan 27 min tümənə yüksəlib.

Bildirək ki, son dövrlər İranda təvərrumun artması ilə bağlı ölkədə ciddi qiymət artımı müşahidə olunur.

Related Articles

Bir cavab yazın

Back to top button