Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, raketlər İranın aviabazasına yönəlib.
Xatırladaq ki, aprelin 19-u səhərə yaxın İsfahanın hərbi aviabazası, SEPAH-ın Təbriz yaxınlığındakı kazarması və İranın mərkəzi bölgələrində bir neçə partlayış olub.
İran tərəfi bunun adi göstərməyə çalışıb və partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin “kiçik uçuş aparatları”na atəş açdığını deyib.
İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda “The Washington Post” qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu hücumu həyata keçirdiyini təsdiqləyib.