
Məlumata görə, İraq Mərkəzi Bankının bu addımının məqsədi pul yuyulması, dollar qaçaqçılığı və digər valyuta qanunpozuntularının qarşısını almaqdır.
Xəbər agentliyi, bu qərarın İraq Mərkəzi Bankı ilə ABŞ-ın Maliyyə Nazirliyi və Mərkəzi Bankının rəsmiləri arasında keçən həftə Dubayda baş tutmuş görüşdən sonra qəbul edildiyini əlavə edib.
İraq Mərkəzi Bankı ötən il də 8 bankı oxşar şəkildə dollar köçürmələrindən məhrum etmişdi.
İraq, OPEC ölkələri arasında ikinci ən böyük neft istehsalçısıdır və ABŞ-da 100 milyard dollardan çox valyuta ehtiyatına malikdir. O, neft gəlirləri və maliyyə resurslarına çıxış əldə etmək üçün Vaşinqtonla sıx bağlıdır.
Bununla yanaşı, Bağdad, İranın bölgədəki əsas müttəfiqlərindən biridir və İran hökuməti, İraqda yarı-hərbi qruplara və bəzi siyasi partiyalara dəstək verərək bu ölkədə mühüm hərbi, siyasi və iqtisadi təsirə sahibdir.
Reuters yazır ki, İran, İraqı “öz iqtisadi tənəffüs kanalı” olaraq istifadə edir və ABŞ-ın sanksiyalarını keçərək xarici valyutaları təmin etmək üçün İraqın bank sistemindən faydalanır.