Dünyaİran

İrana casusluq edən ABŞ səfirliyinin mühafizəçisi həbs edilib

ABŞ-ın Norveçdəki səfirliyinin 20 yaşlı mühafizəçisi İran və Rusiya üçün casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə “Royters” Norveçin Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, həmin şəxsə qarşı ABŞ-ın təhlükəsizliyinə təhdid yarada biləcək məxfi məlumatların ötürülməsi ilə bağlı ittiham irəli sürülüb.

Norveç polisi axtarış tədbirləri nəticəsində böyük həcmdə rəqəmsal məlumatları müsadirə edib, lakin hələlik hansı məlumatların ötürüldüyünü açıqlamayıb.

ABŞ-ın Norveçdəki səfirliyi isə hələlik vəziyyətlə bağlı şərh verməyib.

Saxlanılan mühafizəçini müdafiə edən vəkil Yan Kristian Elden də müvəkkilinin İran və Rusiya kəşfiyyatçıları ilə əlaqə saxladığını açıqlayıb.

“Müvəkkilim İran və Rusiyanın kəşfiyyat məmurları ilə əlaqə saxladığını etiraf edib, ancaq onun anti-casusluq qanunlarına əsasən barəsində istifadə oluna biləcək məxfi məlumatlara malik olub-olmadığı məlum deyil”,- vəkil bildirib.

Vəkil Yan Kristian Eldenin sözlərinə görə, müvəkkilinin cinayət edib-etmədiyini sonrakı araşdırmalar göstərəcək.

İran və Rusiya hələlik bu xəbərə rəsmi reaksiya verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button