AzərbaycanDünyaİran

İran Zəngəzurda hərbi baza yaradır? – Güneyli ekspertdən RƏY

İranın Zəngəzurda hərbi baza yaratmaq iddiasına region dövlətlərinin Azərbaycan, Türkiyə və Rusiyanın münasibəti necə olacaq?

Məsələ ilə bağlı Ednews-a açıqlamasında Azərbaycan Mərkəz Partiyasının üzvü, İran üzrə ekspert Elyar Kamrani bildirdi ki, son günlərdə Ermənistanın Fransa ilə iş birliyi etməsi, Fransanın Ermənistanda ayağını açması Rusiyanı narahat etdi.

maxresdefault-1-780x470.jpg

“Paşinyanın siyasəti bu idi ki, Rusiyadan bir az uzaqlaşa və qərb dövlətləri ilə siyasətini yürüdə. Fransa bununla bağlı açıqlama verdi ki, İran da bu məsələyə daxil olacaq. Burada Rusiyanın tutumu önəmli olacaq. İranın tutumu o qədər də mühüm və önəmli deyil. Rusiya nə desə İran da ona əməl edəcək. Fransanın Ermənistanla yaxın əlaqələri Rusiyanı hirsləndirib ki, bu məsələdən heç cürə Fransanın ayağını və ya NATO-nun üzvünü ordan çəkə. Bu da olanda İrana tapşırıq verib ki, bu məsələdə ciddi ol və Ermənistanla əməkdaşlığı davam etdir. Həm də Ermənistana xatırlat ki, biz bunun qarşısında duracağıq. Bunun yanında Azərbaycan dövləti ciddi şəkildə Ermənistanla sülh istəyir”.

E.Kamrani qeyd etdi ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizini açmaq istəyir:

“2020-ci il anlaşamasında yazılır ki, Rusiyanın nəzarəti altında Zəngəzur dəhlizi açılsın. Ermənistan başqa dövlətlərin israrı ilə indiyə qədər bunun qarışısında durub. Bu münasibətdə görürük ki, İranın da bu 4 ildə siyasətləri ən azı Azərbaycanın zərərinə və düşmənçiliyi ilə olub. Azərbaycan israrlıdır ki, dəhliz açılsın. İran bu dəhliz fonunda düşmənçiliyini elan edib. Zəngəzur dəhlizinin açılması İranla Rusiyanın əməkdaşlığını demək olar ki, daha da genişləndirəcək. Azərbaycanla Türkiyə münasibətlərinə isə İran daha sərt mövqe göstərəcək. İran illərdir türk dövlətləri ilə düşmənçilik mövqeyi sərgiləyir. Dəhlizin açılması Azərbaycanla Rusiyanın münasibətlərinə müsbət təsir edə bilər. İstənilən halda bu məsələdə zərər çəkən İran olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button