
Türkiyə qarşılıqlı olaraq İran yük maşınlarının ölkəyə girişini qadağan edib.
Türkiyə özünün sınırdakı bütün nəzarət-buraxılış keçidlərini İran yük maşınlarının üzünə bağlayıb.
Bu haqda Türkiyədə İranla Ticarətin Gəlişdirilməsi Birliyinin başqanı Özcan Alaş açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu qərar Türkiyə TIR-larının İran ərazisinə keçidinə qadağanın qoyulmasına cavab olaraq verilib. “İranla Türkiyə arasında ticarət dövriyyəsi İranla Azərbaycan sınırındakı gərgin duruma görə tam dayandırılıb”, – Özcan Alaş deyib.