
“Boş əllə etiraz edən insanların sıxışdırılması son 40 ildə gündəlik hadisə olub.
Amma ötən həftə uşaqların və məhbusların başına gələnlər indiki hakimiyyətin tarixində ən unudulmaz hərəkətlərdən biri oldu”- deyə, bəyanatda qeyd edilib.
“Təhlükəsizlik qüvvələrinin məktəblərə və həbsxanalara hücumu, uşaq və məhbusların döyülərək öldürülməsi küçələrdə nümayişçilərin qətlindən daha dəhşətli bir faciədir”-bəyanatda dbelə deyilir.
Bəyanatda İran hökumətinin etiraz aksiyalarını yatırmaq apardığı repressiya siyasəti, ümumi fikri və beynəlxalq ictimaiyyəti aldatmağa, həqiqətləri inkar etməyə və etirazların mahiyyətini təhrif etməyə hesablanmış hərəkətləri pislənilib.