
Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə baş direktoru İsa Kameli müvəqqəti işlər vəkilinə İran İslam Respublikasının etirazını bildirən rəsmi notanı təqdim edib.
Baş direktor rəsmi Tehranın Argentina məhkəmə sistemi və rəsmi hakimiyyət orqanları tərəfindən İranın dövlət məmurlarına qarşı irəli sürülən əsassız ittihamları rədd etdiyini və pislədiyi bildirib.
Qeyd edk ki, Argentina Məhkəməsi 1994-cü ildə paytaxt Buenos Ayres şəhərində Yəhudi Mədəniyyət mərkəzinin partladılmasında İslam Respublikasının yüksək vəzifəli şəxslərini ittiham ilə bağlı qərar çıxarıb. Argentina prokuroru Sebastyan Basso, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin həbs olunması ilə bağlı federal məhkəməyə müraciət edib.
1994-cü ildə Buenos Ayresdə baş vermiş və 85 nəfərin həyatına son qoymuş terror aktı ilə bağlı araşdırmalar yeni mərhələyə keçib. Argentina prokuroru Sebastyan Basso İranın ali lideri ayətullah Əli Xameneinin həbs olunması üçün federal məhkəməyə müraciət edib.