![](https://www.aznews.tv/wp-content/uploads/2023/11/df1506ad-202d-429c-9e99-70d2ac686cb2.jpg)
Şərqi Azərbaycan əyalətinin Gömrük Nəzarəti Xidmətinin rəhbəri Sadiq Namdar iki ölkənin sərhəd-gömrük orqanları arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq səviyyəsinin yüksəlməsinə və ticarət mübadiləsinin cari ilin 7 ayı ərzində 121 milyon dollar dəyərində 600 min tondan çox mal ixracı həyata keçirildiyinə diqqət çəkərək deyib:
“İxrac həcmi keçən ilin eyni dövrü ilə müqayisədə çəki olaraq 82%, dollar dəyəri baxımından isə 33% artmışdır“.
Sadiq Namdar qeyd olunan dövrdə Norduz sərhədindən 80.000-dən çox yük maşınının keçdiyini və bu sayın ötən ilin eyni dövrü ilə müqayisədə 28% artdığını, gələcəkdə gündə 300 maşına çatacağını qeyd edib.