Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İran Vaşinqtonu ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib

 “The Telegraph” qəzeti yazıb ki, ABŞ hücum edərsə, İran Hind okeanındakı Dieqo Qarsiya adalarında yerləşən Britaniya bazasını hədəfə alacağını bildirib.

İranın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisi “The Telegraph”a deyib ki, Tehran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirəcək.

“Bölgədəki İran raketlərinin mənzilində olan hər hansı hərbi bazadan İrana hücum ediləcəyi təqdirdə biz Britaniya və Amerika qüvvələri arasında heç bir fərq qoymayacağıq. Vaxtı gələndə amerikalı, ingilis və ya türk əsgəri olmağınızın fərqi yoxdur – əgər bazanız amerikalılar tərəfindən istifadə olunarsa, hədəfə çevriləcəksiniz”, – deyə, adı açıqlanmayan rəsmi idda edib.

Related Articles

Bir cavab yazın

Back to top button