Biləsuvar gömrük postunda İran vətəndaşının yükündə narkotik maddə tapılıb.
Verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn həmin ölkə vətəndaşı Eskandarabadı Arash Modıra piyada xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olub və əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Şifahi sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Baxış zamanı vətəndaşa məxsus əl yükündə içərisinə qaşıq, çəngəl, bıçaq dəsti yığılmış düzbucaqlı formalı qutunun üst, arxa və alt divarlarında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş cəmi 8 ədəd bağlamalarda, ümumi çəkisi 3462 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə – tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.