Bölgəİran

İran və Ermənistan arasında qaz və elektrik enerjisi sahəsində əməkdaşlıq genişlənir

Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan ölkəsinin İranla qaz və elektrik enerjisi sahəsində əməkdaşlığının genişləndiyini açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan hər il İrandan 365 milyon kubmetr qaz idxal edir. 2023-cü ilin avqustunda Ermənistan və İran “elektrik enerjisi müqabilində təbii qaz” müqaviləsinin 2030-cu ilə qədər uzadılmasına dair sənəd imzalayıb.

Sanosyan qeyd edib ki, İran-Ermənistan təbii qaz kəməri İrandan daha çox qaz nəql etmək gücünə malikdir və yeni boru xəttinə ehtiyac yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button