Onun sözlərinə görə, Ermənistan hər il İrandan 365 milyon kubmetr qaz idxal edir. 2023-cü ilin avqustunda Ermənistan və İran “elektrik enerjisi müqabilində təbii qaz” müqaviləsinin 2030-cu ilə qədər uzadılmasına dair sənəd imzalayıb.
Sanosyan qeyd edib ki, İran-Ermənistan təbii qaz kəməri İrandan daha çox qaz nəql etmək gücünə malikdir və yeni boru xəttinə ehtiyac yoxdur.