
Dünyada son 24 saatda 658 585 nəfər koronavirusa yoluxub, 12 034 nəfər isə dünyasını dəyişib. Bu barədə Dünya Sağlıq Qurumu açıqlama verib. Rəsmi amara əsasən, dünya üzrə təhlükəli virusa ümumilikdə 162 177 376 yoluxma halı qeydə alınıb. Virus qurbanlarının sayı isə 3 364 178 nəfərdir.
Məlumata görə, ötən bir gündə mərizliyə yoluxmanın çoxu Güney-Doğu Asiyanın payına düşür. Quzey və Güney Amerika ilə Avropa isə növbəti pillələrdə qərarlaşıb.