Bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu və “Vaşington Post” qəzeti məlumat yayıb.
Qəzet hərbi ekspertlərin məxfi sənədlərinə və təhlillərinə əsaslanaraq, Fordoda baş verən böyük inkişaf barədə yazıb və bunun tezliklə zənginləşdirilmiş uran istehsalının bir neçə dəfə artırılmasına səbəb olacağını vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bundan əvvəl Fordo və Nətənz obyektlərində yeni sentrifuqa kaskadlarının quraşdırılmasına və istismarına başlanıldığını təsdiq edib.