![](https://www.aznews.tv/wp-content/uploads/2024/06/78219004-5a55-4e79-838f-81478724f35a-780x470.jpg)
“Aznewstv”nın xəbərinə görə, bu barədə “Reuters” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatına istinadən məlumat yayıb.
Agentlik bundan əvvəl məlumat verib ki, Tehran Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istəyir. Sənəddə qeyd edilir ki, AEBA dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.
Hesabatda qeyd olunur ki, İran bu obyektlərdə uranı zənginləşdirməyə nə vaxt və hansı səviyyədə başlayacağını dəqiqləşdirməyib.