İranın Xarici İşlər Nazirliyi Türkiyədən ordularını Suriyadan çıxarmağı tələb edib.
Aznews.tv xəbər verir ki, bu bəyanat oktyabrın 10-u İranın XİN-nin rəsmi saytında yerləşdirilib.
“İran tərəfi Türkiyənin Suriya ərazisindəki hərbi addımlarından narahatdır. Hücumlar dərhal dayandırılmalı, Türkiyə orduları Suriyadan çıxarılmalıdır.
Bu vəziyyət həmçinin Suriyada yaşayan mülki əhali üçün təhlükə yaradır”, – məlumatda deyilir.
Qeyd edək ki, dünəndən etibarən Türkiyə ordusu 3 istiqamətdən Suriyaya daxil olaraq orada terrorçulara qarşı əməliyyatlar keçirir.
Aznews.tv