Amerikanın Xarici İşlər Vəzirliyinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib ki, İran hökuməti ya, Tramp dövləti ilə danışıqları, ya da çökməkdə olan iqtisad arasında seçim etməlidir.
“New York Times” qəzetinin yaydığı məlumatda deyilir ki, İran üzrə xüsusi nümayəndə “basqı” vasitəsinin təsirli olduğunu vurğulayıb. O deyib :” 3 ildən çoxdur ki, biz diplomasi və qabaqlayıcı tədbirlər vasitəsilə İranı kontrolda tutmuşuq və onunla mübarizə aparmışıq”
Brayan Huk təhrimlər nəticəsində İran hökumətinin sarsıldığını söyləyib.
Xatırladaq ki, Donald Tramp dövləti hakimiyyətə gəldikdən bəri Tehranı Vaşinqtonla danışıqlar masasına oturmağa məcbur etmək üçün İrana qarşı ən yüksək basqı kəmpeyni aparır.