Site icon Aznews TV

İran televizyasında müzakirə – İbrahim Rəisini İsrailmi öldürüb?

Bu barədə İran televizyasının 1-ci kanalında deyilib.

İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Məhəmməd Mehdi Rəhiminin iştirak etdiyi verilişdə aparıcı yuxarıdakı fikirləri səsləndirərək Rəisini İsrailin öldürdüyünü əsaslandırmağa çalışır.

Məhəmməd Mehdi Rəhimi isə bunu təkzib etməsə də, İsrailin rolu ilə bağlı suala cavab verməkdən yayınır və helikopter qəzası ilə bağlı dövlətin rəsmi məlumatlarının səsləndirilməsinin məsləhət olduğunu bildirir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Rəsmi məlumatlarda qəzanın əlverişsiz hava şəraiti ilə əlaqədar baş verdiyi bildirlib.

Exit mobile version