Sosial şəbəkə istifadəçiləri bunu gölün bərpasına ümidin olmaması kimi qəbul ediblər.
İran Su Sənayesi Urmiya gölünün İranda Milli Su Günü ilə bağlı plakatdan çıxarılmasına cavab olaraq deyib: “Bu, Ticarət Palatası tərəfindən edilib və Energetika Nazirliyi ilə heç bir əlaqəsi yoxdur!”
Urmiya gölünün İslam Respublikası rəsmilərinin dərc etdiyi xəritələrdən çıxarılması ilk dəfə deyil. Əvvəllər də Urmiya gölünün təsviri dərsliklərin xəritəsindən çıxarılıb.