2017-ci ildən bəri İranın adının bu siyahıdan silinməməsinin əsas səbəbi Əli Xanemei və onun rəhbərliyi altındakı bəzi qurumlardır
Bu beynəlxalq qurum (The Financial Action Task Force – FATF) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün müntəzəm olaraq qara və boz olmaqla iki siyahı dərc edir.
Ölkələrin adlarının bu siyahıda olması həmin ölkələrdə beynəlxalq köçürmələrdə ciddi əngəllərin olduğunu göstərir.
İranın bu təşkilatla zəif əməkdaşlığı və İslam Respublikasının adının terrorçu qruplara dəstək olmaqda hallanmasına görə ölkənin adı 2008-ci ildən bəri qara siyahıya salınıb.