Dünyaİran

İran Silahlı Qüvvələrinin Baş Qərargahının gizli göstərişi ifşa olunub: “Etirazçılara rəhm etməyin”

Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edib və dünya ictimaiyyətini buna qarşı çıxmağa çağırıb.

Sentyabrın 30-da Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edib ki, İran hökumətinin hərbi hakimiyyəti ümumölkə etirazlarının şiddətlə yatırılmasına göstəriş verib.

Beynəlxalq Əfv Təşkilatı bildirib ki, ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının bütün əyalətlərdə silahlı qüvvələrin komandanlığına etiraz aksiyası keçirmək üçün küçələrə çıxan vətəndaşlara qarşı daha tutarlı tədbirlər görmək barədə əmr göndərib.

Təşkilat sentyabrın 22-də etirazçılara qarşı odlu silahlardan atəş açılmasını və onlarla insanın öldürülməsini İran Silahlı Qüvvələrinin Baş Qərargahının bu göstərişindən sonra baş verdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button