Site icon Aznews TV

İran səması boşaldı – Təyyarələr istiqamətini dəyişir – FOTOFAKT

Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukraynanın “Boeing 737-800” təyyarəsinin Tehran üzərindən uçarkən səhvən vurduqlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 176 nəfərin ölümü ilə nəticələnən bu hadisənin səbəbkarının  SEPAH olduğu bilindikdən sonra xarici ölkələrə məxsus təyyarələr İran üzərindən uçuşlarını dayandırıblar.
Məlumat üçün bildirk ki, sərnişin təyyarələrinin uçuşlarını anlıq olaraq qeyd edən internet səhifələrdə yer alan görüntülərdən də açıq şəkildə görünür ki, Avropadan Asiyaya və əks istiqamətdə uçan təyyarələrin böyük əksəriyyəti İrandan yan keçərək qonşu ölkələrin hava məkanlarından istifadə edirlər.
Qərb ölkələrinə məxsus aviaşirkətlərin təyyarələri İrandan yan keçərək Küveyt, İraq,  Türkiyə, Əfqanıstan, Türkmənistan və Azərbaycan üzərindən uçmağa üstünlük verirlər. İran üzərindən əsasın yerli aviaşirkətlərə məxsus təyyarələr, həmçinin Türkiyə və Qətərə məxsus təyyarələr istifadə edir.

Exit mobile version