
İran Səhiyyə Nazirliyinin Mətbuat Xidməti fövqəladə iclas keçirərək artıq ölkədə koronavirusun yeni versiyası hesab edilən omikron ştammının müşahidə edildiyini təsdiq edib.
“Aznews tv” xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Mətbuat Mərkəzinin rəisi Məhəmməd Haşimi məsələ ilə bağlı deyib: “Bu gün səhiyyə naziri Bəhram Eynullahinin iştirakı ilə nazirlikdə təşkil edilmiş Koronavirusla Mübarizə Qərargahının fövqəladə iclasında İranda omikron ştammının müşahidə edilməsi təsdiq edildi”.
O, habelə qeyd edib ki, iclasın üzvləri üçüncü vaksin dozasının da vurulmasının və səhiyyə protokollarına əməl edilməsinin vacibliyini vurğulayıblar.