Azərbaycanİran

​​İran səfiri həqiqətləri təhrif etdi: “Qarabağ münaqişəsi; başlanğıcdan sonadək”

İranın Azərbaycandakı keçmiş səfiri və beynəlxalq münasibətlər üzrə ekspert Möhsün Pakayinin İranda fars dilində "Qarabağ münaqişəsi; başlanğıcdan sonadək" adlı kitabı çapdan çıxıb. Bu barədə İran mediası məlumat yayıb.

“Fərhənge-Səbz” nəşriyyatının çap etdiyi 196 səhifəlik kitabda Azərbaycan və Qarabağla bağlı həqiqətlər İran rejiminin xeyrinə təhrif olunmuş şəkildə əks etdirilib.
Kitabda İranın Azərbaycana yardımlarından, İran rəsmilərinin Qarabağ münaqişəsinin həlli üçün dəstəyindən bəhs edilir.

Möhsün Pakayin Qarabağ məsələsinin həll olunmasında Əli Xameneinin fitvaları və bəyanatlarının əhəmiyyətli rol oynadığını iddia edir.
O, Qarabağ məsələsindən bir neçə dövlətin, xüsusilə İsrailin Cənubi Qafqazda özünə yer etməsi üçün istifadə etdiyini yazır.

30 il Ermənistan işğalı altında qalan torpaqların didərgin düşən yüz minlərlə azərbaycanlı sakinlərinin hüquqlarından bəhs etməyən keçmiş səfir Qarabağ ermənilərinin hüquqlarının tam şəkildə təmin olunmasının vacibliyini qeyd edir.

Related Articles

Bir cavab yazın

Back to top button