Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İran Rusiyaya söz verdi- Əməkdaşlığımız davam edəcək

Bütün Rusiya-İran layihələrinin və əldə olunmuş razılaşmaların həyata keçirilməsini davam etdirmək niyyətindəyik.

Bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Sizi, eləcə də rusiyalı həmkarlarımı əmin etmək istərdim ki, həm İran parlamenti, həm də İranın yeni hökuməti Rusiya Federasiyası ilə əməkdaşlığı eyni templə inkişaf etdirmək niyyətindədir. Bu gün biz hamımız Rusiya ilə razılaşdığımız hər şeyi həyata keçirmək əzmindəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Putin BRİKS Parlament Forumu çərçivəsində İran parlamentinin spikeri ilə görüşüb.

Görüşdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin də iştirak ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button