Azərbaycanİran

Iran rejiminin yalan iddialarının əksinə olaraq Urmiya gölünün su həcmi azalıb

Tanınmış ekoloq və ətraf mühit mütəxəssisi Məhəmməd Dərviş: “Urmiya gölünün bərpası ilə bağlı iddialar həqiqətə uyğun deyil və 3 il əvvəllə müqayisədə göldə suyun miqdarı daha da azalıb. 6 iyun 2021-ci ildən 6 iyul 2024-cü ilə kimi olan müddət ərzində Urmiya gölündə suyun səviyyəsi daha 62 sm azalıb”.

Məhəmməd Dərviş gölün bərpasına cavabdeh olan qurumların verdiyi məlumatların şişirdildiyini söyləyib.

Dərviş həmçinin deyib: “Urmiya gölünün normal ekoloji həddə çatması üçün onun su səviyyəsinin dəniz səviyyəsindən 1274,10 metrə qədər yüksəlməsi və sahəsinin 4635 min kvadrat kilometrə çatması lazımdır”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə axan çayların qarşısında bənd tikməklə gölü qurudub.

Related Articles

Bir cavab yazın

Back to top button