Bu layihənin açar anlayışı Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil və dəmir yollarının, boru kəmərlərinin, kabellərin və ötürücü xətlərin yenidən qurulması, tikintisi və istismarı yolu ilə kommunikasiyanın inkişafıdır. Bu layihə bir neçə mühüm prinsipi özündə ehtiva edən ölkələrin suverenliyinə hörmət prinsiplərinə əsaslanır.
1-ci prinsip: Avtomobil və dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər və ötürmə xətləri daxil olmaqla bütün infrastruktur onların ərazisindən keçən ölkələrin yurisdiksiyasında olacaq.
2-ci prinsip: Hər bir ölkə dövlət qurumları vasitəsilə öz ərazisində sərhəd və gömrük nəzarəti həyata keçirir və infrastrukturun təhlükəsizliyinə, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsiz keçidinə təminat verir.
3-cü prinsip: Yuxarıda qeyd olunan infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər.
4-cü prinsip: Sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi bərabərlik və qarşılıqlı icraya əsaslanacaq.
Ermənistan hakimiyyətinin gözləntilərinə görə, bu layihə nəinki regionda kommunikasiya tıxanmasını aradan qaldıracaq, daha önəmlisi Cənubi Qafqazda sülhün bərqərar olmasına gətirib çıxaracaq və nəticədə Ermənistanı infrastruktur layihələrinin kəsişmə nöqtəsinə çevircək.
Bildirilir ki, bu plana əsasən, Ermənistan Azərbaycan sərhəddində, o cümlədən Kayan, Sotk və Karahuncda yol infrastrukturu üçün 3 giriş qapısı, Ermənistanla Naxçıvan sərhədində isə Yerasx (Arazdəyən) və Naxçıvan da daxil olmaqla iki qapı yaratmağa hazırdır. Bu planda İrəvan Ermənistanda dəmir yolu xəttinin dörd hissəsini canlandırmaqla Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə hazırdır. Bu yolla Ermənistan Azərbaycana öz sərhədində beş giriş qapısı verir, digər tərəfdən isə üç giriş qapısı Türkiyəyə həvalə edilir.
Bu layihə həm də Bakı ilə Türkiyəni Ermənistan vasitəsilə birləşdirəcək olan Zəngəzur dəhlizi marşrutunu bir növ əvəz edəcək.
Lakin görünən odur ki, Ermənistan bu planın həyata keçirilməsində bir çox problemlərlə üzləşir. Çünki bu planın reallaşması o deməkdir ki, Bakı və Türkiyə Ermənistana qarşı blokadanı aradan qaldırmalı və bu ölkə vasitəsilə əlaqə yaratmalıdır ki, bu da elə də real deyil. Həqiqət budur ki, Türkiyə və Bakının təbliğat siyasəti elədir ki, onlar əsasən Ermənistan adlı bir ölkəni aradan götürməyə çalışırlar. Hətta bildirilir ki, Bakı tezliklə və İranda hakimiyyət dəyişikliyi ərəfəsində Ermənistanın Sünik vilayətinə qarşı tədbir görə bilər. Bu təhdidlərin intensivliyi o həddə çatıb ki, Nikol Paşinyan bir müddət əvvəl bu ölkənin Bakı ilə sərhədinə səfər edib.
Məsələn, Türkiyə Ermənistanı türk dünyasını birləşdirməyə maneə hesab edir və ondan daha təhlükəlisi, İham Əliyev açıq şəkildə Qərbi Azərbaycan sözü işlədərkən Ermənistanı nəzərdə tutur”