Iran Rejimin məmurları qaşqayların kompakt yaşadığı Qaşqay Yurdun İslamabad bölgəsinin Səfixanlı kəndinə hücum ediblər.
Qaşqayların “Baydaqnyuz” saytının sosial şəbəkələrində bu barədə məlumat yayılıb.
Molla rejimi bu vasitə ilə sakinlərin torpaqlarını əlindən almaq istəyir.
Hücumda bir helikopter, bir neçə zirehli maşın və yüzlərlə polis və xüsusi təyinatlı iştirak edib.
Sakinlər hökumət məmurlarının qanunsuz hərəkətinə etiraz etdiyi üçün qarşıdurma yaranıb.
Döyüş və saçma tüfənglərdən açılan atəş nəticəsində 30-a yaxın insan yaralanıb, üçünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralananların çoxunun qadın və uşaqlar olduğu bildirilir.
Hadisənin ictimailəşməsindən sonra rəsmilər hücumun bölgədə həşiş əkini barədə məlumatları yoxlamaq məqsədilə həyata keçirildiyini iddia ediblər.
Bir neçə nəfərin həbs olunduğu bildirilsə də, onların sayı, kimliyi və hara aparıldıqlarını dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, son illər molla rejimi qaşqay türklərinin ərazilərini əlindən almaq üçün dəfələrlə onlara hücum edib.