Site icon Aznews TV

İran rejimin məmurları azərbaycanlı fəalı həbs edərək, girov qarşılığında zaminə buraxıblar

Azərbaycanlı fəal Cəfər Hacırzayi Sufian-Təbriz magistralında molla rejimin ETTELAAT Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Azərbaycanlı fəalın ötən həftələrdə ETTELAAT qüvvələrinin Nadarlı kəndində azərbaycanlı fəalların evlərinə edilən basqınlar məsələsi çərçivəsində həbs edildiyi bildirilir.

Cəfər Hacırzayi bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb, ancaq bir neçə gün öncə yenidən məhkəməyə çağırılıb və 500 milyon tümən girov qarşılığnda azad edilib.

Qeyd edək ki, irqçi fars-molla rejimin məmurları bir müddət öncə Nadarlı kəndinə hücum edib, bir neçə azərbaycanlı fəalın evində axtarış aparın, onların şəxsi əşyaları, o cümlədən mobil telefonlarını müsadirə etmişlər.

Exit mobile version