Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Iran rejimin irqçi “Şərq” qəzeti Pezeşkianın ana dilində müsahibəsini tənqid atəşinə tutdu

İranın şovinist dövlətinin fikirlərini əks etdirən “Şərq” qəzeti Pezeşkianın ana dilində müsahibəsini tənqid atəşinə tutub.

Molla rejimi “Şərq” qəzetində artıq bununla bağlı tənqidi yazı dərc olunub.

Ehsan Huşməndin imzası ilə yayılan yazıda Prezident Aparatının məsullarına xəbərdarlıq edilib.

Yazıda prezidentin Azərbaycan türkcəsində müsahibə verməsinin separatizm və millətçilik meyillərini gücləndirəcəyi iddia edilib.

Huşmənd Məsud Pezeşkianın Azərbaycan türkcəsində müsahibəsinin xarici ölkələrin mediasında rezonans doğurduğunu və bunun ölkənin bütövlüyünə təhlükə olduğunu yazıb.

Panfarsist cərəyana bağlılığı ilə tanınan yazı müəllifi müsahibə verən şəxsin işlətdiyi ifadələrin “Bakı dili”nə xas olduğunu, bunun İranda işlədilən dil və mədəniyyətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, Məsud Pezeşkianın bir neçə gün əvvəlki müsahibəsi sosial media kanallarında yayılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button