Azərbaycanİran

İran rejimin İnqilab Məhkəməsin günahsız həbs edilən “Mahmud Ocaqlu”nun şərti azadlığa buraxılmasına mane olub

Evin həbsxanasının 4-cü palatasında həbsdə saxlanılan Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlu ailəsi ilə telefon danışığı zamanı Tehran İslam İnqilab Məhkəməsində onun şərti azadlığa buraxılmasına qarşı olduğunu bildirib.

Bundan başqa, fəalın ailəsi 2 milyard tümən girov ödəyə bilmədiyi üçün cənab Ocaqlunun məzuniyyət tələbi ləğv edilib.

Mahmud Ocaqlu, Tehran Əyalətinin Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına görə o, “toplanmaq və əlbir olmaq”da, “İran İslam Respublikası əleyhinə təbliğat”da, “Azərbaycan Milli Hərəkatına üzv olmaq”da ittiham olunub.

Qeyd edək ki, fəal həbsdə olduğu müddətdə onun vəkili və ailə üzvləri ilə görüşməsinə imkan verilməyib.

Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button