Azərbaycanİran

Iran rejimin həbs etdiyi azərbaycanlı milli fəal tibb məntəqəsinə köçürüldü

Iran rejimin Tehranın Evin həbsanasında həbsdə saxladığı azərbaycanlı milli fəal Hüseyn Pirinin sağlıq durumu ağırlaşıb və o tibb məntəqəsinə köçürülüb.

İyunun 29-da aclıq aksiyası keçirən azərbaycanlı milli fəalın təzyiqinin kəskin düşdüyü və huşunu itirdikdən sonra zindanın tibb məntəqəsinə köçürüldüyü bildirilib.

Hüseyn Piri iyunun 13-dən qeyri-müəyyən şərayitdə həbsdə saxlanılmasına, ETTELAAT İdarəsinin məmueları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb

Qeyd edək ki, azərbaycanlı fəal Hüseyn Piri fevralın 6-da başqa bir neçə azərbaycanlı fəalla birgə həbs edilərək Evin zindanına köçürülmüşdür.

Related Articles

Bir cavab yazın

Back to top button