Site icon Aznews TV

İran rejimin həbs etdiyi azərbaycanlı boksçu Kərim İsmailzadə azadlığa buraxılıb

İsmailzadənin aiıəsinə yaxın mənbələrin bildirdiyinə görə, milli fəalın səhhətində ciddi problemlər var.

Güney Azərbaycanın idmançısı və milli fəalı Kərim Bokser aprelin ortalarında səhər saatlarında Təbrizdə həbs edilib və 6 aylıq cəzasını çəkmək üçün Təbriz zindanına köçürülmüşdü.

Ekoloji sahədə fəallıq göstərən və maarifləndirmə işini aparan Kərim İsmailzadə İran ETTELAAT nazirliyinin hesabatı və göstərişi, rejimin Təbrizdəki prokurorluğunun məhkəməyə verdiyi şikayət əsasında 6 ay müddətinə həbs edilmişdi.

Exit mobile version