Site icon Aznews TV

İran rejimin Evində həbsdə saxladığı azərbaycanlı fəal Araz Aman millətə çağırış etdi

Azərbaycanlı fəal Araz Aman səs yazısı yaymaqla Azərbaycan Türk Millətinə çağırış edib.

Fəalın qardaşı özünün sosial media hesabında paylaşım edərək qardaşının mənəvi işgəncələrlə yanaşı fiziki ingəncələrə də məruz qaldığını və iki dişinin sındığını bildirib.

Azərbaycanlı fəal bu taxınlarda isə Evin zindanında ola-ola digər azərbaycanlı fəalla birlikdə mühakimə edilib və ağır həbs cəzalarına məhkum ediliblər.

Qeyd edək ki, hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilən 15-ci məhkəmədə çıxarılan hökmə əsasən, Araz Aman Zeynabad, Baqer Hacızadə və Ayaz Seifkhah Kalankeş hər biri on üç il, Hüseyn Piri 5 il, Kamal Nuri 3 il həbs, 2 ili şərti, Salar Tahir Afşar 5 il,  Said Minayi 5 il, Süleyman Məhəmmədi 3 il, Tahir Nəqəvi, Mürtəza Pərvin 6 il, Vədud Əsədi 9 il 6 ay  müddətinə azadlıqdan məhrum edilib.

Exit mobile version