Azərbaycanlı milli fəallardan Ayaz Seyfxah, Araz Aman, Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədiminin bədnam Evin zindanında saxlanılmasının üzərindən 11 ay ötür.
Məlumata görə, adları çəkilən güneylilər və digər gənc fəallar Güney Azərbaycanın müxətlif şəhərlərində, eləcə də Tehranda məhkəmə qərarı olmadan həbs ediliblər. Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövfələşmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “casusluq”da günahlandırılıblar.
Qeyd edəkki, azərbaycanlı fəallar Araz Əman, Ayaz Seyfxah, Ayda Sadiqi Xorasanlı, Aydın Məhəmmədi, Əmir əli Bəradəran, Baqer Hacızadə, Behnam Babaşpur Muğanlı, Cəfər Məhəmmədi, Həsan İbrahimi, Hüseyn Piri, Rəhman Hüseynzadə, Salar Tahir Əfşar, Səid Camalzadə, Səid Dustan, Səid Minai Qışlaq, Sohilə Əsgəri, Tahir Nəqəvi, Əli Eşqi, Əlirza Şirzad Kuçnaqi, Fatimə Atəşi Xiyavi, Kəramət Ruhnəvaz, Kərəm Mərdanə, Kəmal Nuri, Lütfəli Cabbari, Murteza Pərvin, Vədud Əsədi və Yaşar Hüseynzadə kəşfiyyat qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehranda məhkəmə qərarı verilmədən həbs edilmişlər.