![](https://www.aznews.tv/wp-content/uploads/2024/04/ayaz-seyfxah-aman-1-1024x755-1-780x470.jpg)
Tehrandakı Evin zindanının məsul şəxsləri azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılmasına mane olurlar.
Azərbaycanlı milli fəal Araz Amanın zaminə buraxılması üçün bir milyard tümən dəyərində girov tələb olunur.
Həmçinin azərbaycanlı fəallar Ayaz Seyfxah və Baqir Hacızadə də Evin zindanının 4-cü bölməsində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.
Qeyd edək ki, molla rejimi son aylarda çox sayda azərbaycanlı fəalı Azərbaycanın müxtəlif yerlərində həbs edib.