
Onun sözlərinə görə, son 20 ildə Urmiya gölünə axan çaylar üzərində çox sayda bəndlər tikilib və əkin sahələrinin artması gölün qurumasına səbəb olub.
Əli Ərvahi həmçinin deyib: “Böhranın bu formasının digər tərəfində isə Urmiya gölünün hövzəsində gözlənilən yağışların qarşısını alan termal adalar yaranıb. Bu adalar istiliyi gücləndirir və daha az yağış yağmasına səbəb olur”.