Azərbaycanİran

Iran rejimi Təbriz Universitetinin öyrəncisi Ehsan Fəridini həbs etdi

Iran rejimi Təbriz Universitetinin öyrəncisi Ehsan Fəridini mayın 19-da həbs edib.

21 yaşlı gənc Təbriz şəhərində rejimin Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Ehsan Fəridi Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsidir.

Qeyd edək ki, Ehsan Fəridi ETTELAAT qüvvələri tərəfindən bundan əvvəl martın 8-də həbs edib, 10 gün dindirdikdən sonra zaminə buraxılmışdır.

Azərbaycanlı öyrəncinin hələlik həbs səbəbi barədə açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button