
Digər bir milli fəal isə hökumət qüvvələri tərəfindən öz iş yerində həbs edilib.
Yerli mənbələrin məlumatına görə, Azərbaycan Milli Hərəkatının Salmas şəhərindəki fəalları Qulam Hüdudi, Murtıza Əhmədi, Nasir Aslani və Əli Mirzəli rejimin kəşfiyyat idarəsinə çağırılaraq azərbaycanlı siyasi məhbusların ailələrinə dəstək və onlarla görüşdükləri üçün dindirilib və hədələniblər.
Bununla əlaqədar olaraq molla rejimin ETTELAAT məmurları digər azərbaycanlı fəal Həmid Abbasinin iş yerinə basqın edərək, onun iş yerində və evində hərtərəfli axtarış apararkən onu həbs edərək, bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu, noutbuku və şəxsi sənədlərini müsadirə ediblər.