Adı açıqlanmayan yüksək çinli məmur bildirib ki, Rusiya İrana görünməmiş səviyyədə hərbi və texniki dəstək verir.
Qeyd olunur ki, genişləndirilmiş tərəfdaşlıq çərçivəsində Rusiya İranı müasir hərbi texnika və komponentlər, o cümlədən helikopterlər (həmçinin Su-35 qırıcıları) və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.
“Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşdıq”, – deyə Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.