
Əsasən, mikroavtobuslardan ibarət olan bu avtomobillər kənd camaatının dolanışıq və gəlir vasitələridir.
Həmçinin kənddə çox sayda avtomobil təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində zədələnib, şüşələri sındırılıb və avtomobillərin kuzovlarına ziyan dəyib.
Təhlükəsizlik qüvvələrinin kəndçilərə hücum zamanı insanlara vurduğu ziyana görə heç bir orqan məsuliyyəti üzərinə götürməyib.
Rejim orqanları insanlara təhlükəsizlik təzyiqlərini davam etdirərək müqavimətlərini qırmağa çalışırlar.