Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İran rejimi müdafiəsiz qaldı; İsrail İranın bütün hava hücumundan müdafiə sistemlərini vurub

 İsrail son hücumundan İran bütün hava hücumundan müdafiə sistemlərini vurub. İranın nüvə obyektləri və strateji təsisatlarını müdafiə üçün quraşdırdığı S-300 sistemlərinin hamısını vurub.

Eyni zamansda İsrail İrana zərbələr zamanı Tehranın cənub-şərqindəki iki gizli hərbi bazaya da ziyan vurub. Bunu “Asoşeyted Press” agentliyinin təhlil etdiyi peyk görüntüləri sübut edir.

Təhlilə əsasən, İranın əvvəllər nüvə silahı üçün partlayıcıları sınaqdan keçirdiyi ehtimal olunan Parçin hərbi bazasında bəzi binalar zədələnib.

Analitik Devid Olbrayt əlavə edib ki, molla rejimin nüvə proqramı çərçivəsində sınaq üçün istifadə etdikləri Parçindəki Taleqan-2 binası zədələnib. Analitiklərin fikrincə, yeraltı tunellər və raket istehsalı sahələri ola biləcəyi təxmin edilən Xocir hərbi bazasında da dağıntılar qeydə alınıb.

Qeyd edək ki, İran rəsmiləri bazalara hər hansı ziyan dəydiyini etiraf etməyib.

Lakin hücum zamanı hava hücumundan müdafiə sistemləri ilə işləyən 4 əsgərin həlak olduğunu təsdiqləyiblər.

Xatırladaq ki, İsrail İrana 26 oktyabra keçə gecə zərbələr endirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button