
Molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs olunan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Səyyad (Ovçu) Məhəmmədianın həyat yoldaşı Rubab Quluzadə telefon zəngi ilə Kərəc şəhərinin ETTELAAT İdarəsinə çağırılıb.
ETTELAAT qüvvələri Rubab Quluzadəni həyat yoldaşı ilə bağlı davamlı müraciətlərinə görə təhdid ediblər.
Qeyd edək ki, azərbaycanlı fəal Səyyad Məhəmmədian mayın 15-də səhər saatlarında İranın mülki geyimli ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərindəki evinə basqın zamanı həbs edilmişdi.
Eyni zamanda azərbaycanlı fəalın evi molla rejimin ETTELAAT qüvvələri tərəfindən vəhşicəsinə qarət edilərək, bütün elektron cihazları, o cümlədən milli fəalın həyat yoldaşının mobil telefonu da müsadirə olunmuşdu.