Azərbaycanlı fəal həbsxana rəhbərliyi tərəfindən narkotik aludəçilərinin və qaçaqmalçıların olduğu bölməyə salınıb.
Bununla bağlı milli fəalın ailəsinə yaxın mənbələr məlumat yayıb.
İdmançının ailəsi bildirib ki, Kərim İsmayılzadənin narkotik alverçilərinin bölməsinə köçürülməsi onun Evin zindanında həbsdə olan azərbaycanlı məhbusların aclıq aksiyasına dəstək məqsədilə eyni aksiyaya qoşulmasına cavab olaraq həbsxana rəhbərliyi tərəfindən edilib.